EN

Xəzərin sahilində quş cəsədləri aşkarlandı VİDEO

ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Son illər Xəzər dənizi sahillərində suitilərin kütləvi ölüm halları baş verirdi. İndi isə dənizkənarı ərazilərdə quş cəsədlərinə rast gəlinir. Xüsusilə də, Şıxov çimərliyində xoşagəlməz vəziyyət müşahidə olunur.Maraqlıdır ki, quş cəsədlərində heç bir kənar müdaxilə görünmür. Sanki açıq dənizdə ölən quşları dalğalar sahilə atıb.Bəs bu quşların ölüm səbəbi nə ola bilər?Bununla bağlı Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutuna müraciət etdik. İnstitutun “Quru onurğalıları” laboratoriyasından Bizim.Media-ya bildirildi ki, ölən quşlar kiçik ağ vağ nəslindəndir:“Amma bu quşların hansı səbəbdən öldüyünü deyə bilmərik. Çünki bunun üçün araşdırma aparmaq, cəsədləri analiz etmək lazımdır. Yalnız bundan sonra quşların ölüm səbəbi barədə konkret fikir söyləmək olar”.

Suxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
35
2
bizim.media

3Sources