EN

Milli Məclis BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını ratifikasiya edib

Bakı. Trend:

Milli Məclis Birləşmiş Millətlər TəşkilatınınKibercinayətkarlığa qarşı Konvensiyası ratifikasiya edib.

Trend-inməlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bugünkü plenariclasında müzakirə edilib.

Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatıkibercinayətkarlıqla mübarizəni informasiya və kommunikasiyatexnologiyalarının inkişafı fonunda yaranan transsərhəd cinayəttəhdidlərinə qarşı beynəlxalq əməkdaşlıq tələb edən prioritetsahələrdən biri kimi müəyyən edir. Bu istiqamətdə dövlətlərarasında hüquqi əməkdaşlığın gücləndirilməsi məqsədilə “İnformasiyavə kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklətörədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aidolan sübutların elektron formada mübadiləsində beynəlxalqəməkdaşlığın gücləndirilməsi haqqında Birləşmiş MillətlərTəşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası” 25 oktyabr2025-ci il tarixində Hanoy şəhərində imzaya açılıb.

Konvensiyanın əsas məqsədi informasiya və kommunikasiyatexnologiyaları sistemlərindən istifadə etməklə törədiləncinayətlərlə mübarizədə dövlətlər arasında əməkdaşlığıngücləndirilməsi, habelə ağır cinayətlərə aid olan sübutlarınelektron formada toplanması, mübadiləsi və mühafizəsi üçün vahidhüquqi çərçivənin formalaşdırılmasıdır. Konvensiyakibercinayətkarlıqla mübarizənin yalnız milli səviyyədə deyil,həmçinin beynəlxalq hüquqi yardım, ekstradisiya və operativqarşılıqlı əlaqə mexanizmləri vasitəsilə həyata keçirilməsininəzərdə tutur.

Konvensiya çərçivəsində kibercinayətkarlıq sahəsində istifadəolunan anlayışların vahid şəkildə müəyyən edilməsi, elektronmühitdə sübutların itirilməsinin, dəyişdirilməsinin və ya məhvedilməsinin qarşısının alınması, habelə istintaq və təqibproseslərinin effektivliyinin təmin edilməsi əsas prinsiplər kimiçıxış edir. Sənəddə dövlətlərin səlahiyyətli orqanları arasındabirbaşa və operativ əməkdaşlıq, qarşılıqlı hüquqi yardımmexanizmlərinin sadələşdirilməsi və fasiləsiz fəaliyyət göstərənəlaqə mexanizmlərinin yaradılmasına xüsusi əhəmiyyət verilir.

Konvensiyanın yekun müddəalarına uyğun olaraq sənəd dövlətlərinimzası, ratifikasiyası, qəbulu və ya təsdiqi üçün açıqdır vəmüvafiq daxili prosedurlar tamamlandıqdan sonra qüvvəyə minir. Eynizamanda Konvensiya iştirakçı dövlətlərə onun müəyyən müddəalarıüzrə bəyanatlar və qeyd-şərtlər vermək imkanı tanıyır.

Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya edərkən birsıra mühüm bəyanatlar və qeyd-şərtlər təqdim edib. Həminbəyanatlarla ekstradisiya və qarşılıqlı hüquqi yardım sahəsindəKonvensiyanın hüquqi əsas kimi qəbul edilməsi, bu proseslər üzrəsəlahiyyətli mərkəzi orqanların müəyyən edilməsi, habelə sorğularıntəqdim edilməsi dili və operativ əlaqə mexanizmləri ilə bağlımövqelər ifadə olunub. Qeyd-şərtlərlə isə Konvensiya çərçivəsindəmüəyyən edilmiş bəzi cinayət tərkibləri üzrə cinayət məsuliyyətininyaranma şərtləri, əhəmiyyətli zərər meyarı və milli hüquqsisteminin xüsusiyyətləri nəzərə alınmaqla tətbiq dairəsidəqiqləşdirilib.

Beləliklə, Konvensiya və ona dair Azərbaycan Respublikasınınbəyanat və qeyd-şərtləri kibercinayətkarlıqla mübarizə sahəsindəbeynəlxalq əməkdaşlığın hüquqi əsaslarını formalaşdırır vəKonvensiyadan irəli gələn maddi və prosessual normaların millihüquq sistemində tətbiqinin təmin edilməsi məqsədilə müvafiqnormativ hüquqi aktlarda dəyişikliklərin edilməsi nəzərdə tutulur.Bu dəyişikliklər Konvensiyanın müddəalarının, eləcə də AzərbaycanRespublikasının təqdim etdiyi bəyanat və qeyd-şərtlərin milliqanunvericilikdə implementasiyasına yönəlib.

"İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindənistifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağırcinayətlərə aid olan sübutların elektron formada mübadiləsindəbeynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş MillətlərTəşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası"nın təsdiqedilməsi haqqında qanun layihəsi müzakirələrdən sonra səsverməyəçıxarılaraq bir oxunuşda qəbul edilib.

Chosen
37
6
az.trend.az

4Sources