EN

Asbestdən istifadə QADAĞASI QƏBUL OLUNDU

Bizim media saytına istinadən ain.az xəbər verir.

Asbest və tərkibində asbest olan materiallar mülki dövriyyədən çıxarılacaq.Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.Qanun layihəsinə əsasən, Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına asbest və və tərkibində asbest olan məhsullar daxil ediləcək.Qanun qəbul ediləcəyi təqdirdə 2027-ci il iyulun 1-dən qüvvəyə minəcək.Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Asbest tərkibli dam örtükləri (şifer) ölkədə ümumi dam örtüyü fondunun 29 faizini təşkil edir və təxminən 190 milyon m² sahəni əhatə edir.Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.Günay Şahmar, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
16
1
bizim.media

2Sources