EN

Azərbaycan bu konvensiyanın hazırlanması və qəbul edilməsi prosesində çox aktiv iştirak edib

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

"Kiber cinayətkarlıqla mübarizə sahəsində qlobal səviyyədə vahid, hüquqi cəhətdən məcburi qüvvəyə malik beynəlxalq çərçivə formalaşıb".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün kçeirilən plenar iclasınada deputat Əli Hüseynli bildirdi.

O əlavə etdi ki, 2001-ci il Budapeşt Konvensiyası kiber cinayətkarlığa qarşı mübarizəyə həsr edilmişdi, lakin yeni BMT Konvensiyası öz əhatə dairəsinə və təsir imkanlarına görə, əlbəttə ki, daha üstün və daha genişdir:

"Azərbaycan Respublikası bu konvensiyanın hazırlanması və qəbul edilməsi prosesində çox aktiv iştirak edib. Çoxtərəfli danışıqlarda konstruktiv və prinsipial mövqe nümayiş etdirib. Onu da qeyd etmək istərdim ki, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarından ibarət nümayəndə heyəti vasitəsilə həyata keçirilən bu iştirak konvensiyanın mətninin formalaşmasına substantiv töhfə verib. Konvensiya 2025-ci ildə BMT-nin şəhərində imzalanıb və onun əsas məqsədi informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərlə mübarizədə dövlətlərarası əməkdaşlığın daha da gücləndirilməsi, xüsusilə ağır cinayətlər üzrə sübutların elektron formada toplanması, mübadiləsi və mühafizəsi üçün vahid hüquqi çərçivənin formalaşdırılmasıdır. Həmçinin, kiber cinayətkarlıqla mübarizə sahəsində anlayışların vahid şəkildə müəyyən edilməsi də konvensiyanın məqsədləri sırasındadır".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
18
1
redaktor.az

2Sources