EN

İnsanın klonu patent obyekt kimi qəbul edilməyəcək

İnsanın klonu patent obyekt kimi qəbul edilməyəcək. "Olaylar" xəbər verir ki,  bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Patent haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, insanın klonlaşdırılması üsulları və onun klonu, insanın rüşeym xəttinin hüceyrələrinin genetik tamlığının modifikasiyası üsulları, insan embrionlarının sənaye məqsədləri üçün istifadə edilməsi patent obyektləri kimi qəbul edilmir. Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
20
10
olaylar.az

10Sources