EN

Azərbaycanda şiferlər qadağan edildi

Milli Məclis asbest və tərkibində asbest olan materialların mülki dövriyyədən çıxarılmasını son oxunuşda qəbul edib.

Publika.az xəbər verir ki, bununla bağlı "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" qanuna dəyişikliklər parlamentin bugünkü iclasında müzakirə edilib.

Dəyişiklik layihəsinə əsasən, beynəlxalq təcrübə nəzərə alınmaqla, asbest və tərkibində asbest olan materiallar mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına daxil edilir.

Qanunun 2027-ci il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Xatırladaq ki, asbest uzun illər ərzində sənayenin bir çox sahələrində (sement, kimya, izolyasiya, kağız sənayesi və sair) və tikintidə geniş istifadə olunan mineral tərkibli materialdır.

Chosen
21
4
publika.az

10Sources