EN

Deputat: Bəzi internet oyunlarının qarşısı alınmalıdır, uşaqların tərbiyəsinə ciddi mənfi təsir edir

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Bakıda liseylərdən birində baş verən hadisəyə, onun səbəblərinə bir daha toxunmaq istəyirəm. Bu gün xüsusilə ağıllı telefonların, sosial medianın, internet oyunlarının uşaq və yeniyetmələrin tərbiyəsinə mənfi təsiri günü-gündən artmaqdadır. Artıq dünyanın bir sıra ölkələrində həyəcan təbili çalınır".

Oxu.Az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, uşaq və yeniyetmələrin bu zərərli təsirlərdən qorunması məqsədilə tənzimləyici mexanizmlər barədə ciddi düşünməyə ehtiyac yaranıb:

"Xüsusilə bir sıra internet oyunları var ki, onlardan ölkədə sərbəst istifadənin qarşısının alınması barədə düşünməliyik. Təəssüf ki, bu gün istənilən yeniyetmənin bu oyunlara sərbəst çıxmaq imkanı var.

Bu imkanların məhdudlaşdırılmasına ciddi ehtiyac var. Dünyanın bir sıra ölkələrində 16 yaşa qədər uşaqlara internetdən sərbəst istifadəyə, sosial şəbəkələrə girişinə məhdudiyyətlərin tətbiqi barədə müzakirələr aparılır, qərarlar qəbul edilir. Artıq bir sıra Avropa ölkələri, o cümlədən İtaliya və İspaniya bu addımı atıblar.

Düşünürəm ki, ölkəmizdə də bu istiqamətdə işlərə başlanılmasına ehtiyac var. Əks halda belə halların sayı daha da artacaq, proseslərin qarşısını almaq daha da çətinləşəcək. Heç şübhəsiz ki, bu məsələdə həm məktəblərimizin, həm də ailələrimizin üzərinə böyük məsuliyyət düşür. Ailələrimiz övladlarına daha çox vaxt ayırmalı, tərbiyə işinə daha çox diqqət yetirməli, onlarla ardıcıl ünsiyyətdə olmalıdırlar".

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
28
14
oxu.az

10Sources