EN

"Aşağı səviyyəyə görə özümə bəraət qazandırmaq istəmirəm" - Holanddan etiraf

"Mançester Siti"nin hücumçusu Erlinq Holand bu il realizasiya ilə bağlı problem yaşadığını etiraf edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini ESPN belə çatdırıb:

"Bu il az qol vurmuşam. Anlayıram ki, göstəriciləri yaxşılaşdırmalıyam. Öz üzərimdə işləməliyəm. İrəli addımlamaq lazımdır. Məndən bunu gözləyir və haqlı olaraq belə düşünürlər. Aşağı səviyyəyə görə özümə bəraət qazandırmaq istəmirəm. Çox şey insanın başından və yorğunluğu necə qəbul etməsindən asılıdır. Məlum məsələdir ki, oyun təqvimi sıxdır. Mənim üçün əsas olan komandama kömək etmək üçün formada qalmaq və zədələrdən qaçmaqdır. Titul uğrunda mübarizə davam edir. Hələ heç nə həll olunmayıb".

Holand bu il 3 qol vurub. Norveçli ulduz 2025/2026 mövsümündə ümumilikdə 36 matça çıxaraq 28 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat 

Chosen
69
fanat.az

1Sources