Elektron sübutların toplanması prosesi tam hüquqi çərçivəyə salınır, məhkəməyədək icraatın və məhkəmə icraatının elektron qaydada aparılması proseduru müəyyənləşir.
"Cebheinfo.az" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
"Cebheinfo.az"