Nizami Səfərov
Milli Məclisin deputatı
BMT-nin universal səviyyədə 195 dövlətin konsensusu əsasında “Kibercinayətkarlığa qarşı” Beynəlxalq Konvensiyasının qəbul edilməsi qlobal miqyasda mövcud olan ciddi hüquqi böşluğun aradan qaldırılması istiqamətində atılan funadamental addım kimi dəyərləndirilməlidir. İyirmi ildən artıq bir müddətdə Birləşmiş Millətlər Təşkilatı çərçivəsində kibertəhlükəsizlik problematikası üzrə davam edən edən və müxtəlif mövqeyləri əks etdirən diskussiyaların sona çatması irimiqyaslı hüquqi sənədin qəbul edilməsinə zəmin yaratmışdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, qeyd edilən Konvensiya kiberfəzada təhlükəsizliyin təmin edilməsi üçün mahiyyətcə hüquqi çərçıvəni nəzərdə tutur və onun işlək beynəlxalq-hüquqi sənəd rolunu oynaması üçün konvensiya müdəalarının milli qanunvericiliyə implementasiyası həlledici əhəmiyyətə malikdir. Buarada əsas məsələlərdən birini Konvensiyanın maddi-hüquqi implementasiyası təşkil edir. Əyər hazırlıq mərhələsində bir sıra dövlətlər 24 cinayət əməlinin kriminallaşdırılmasını təklif edirdisə, yekun variantda 11 cinayətin hər bir iştirakçı Dövlət tərəfindən öz daxili qanunvericiliyində təsbit edilməsi nəzərdə tutuldu. BMT Konvensiyasını Avropa Şurasının 2001-ci il 23 noyabr tarixli “Kibercinyətkarlıq haqqında” Konvensiyası ilə müqayisə etdikdə müəyyən olunur ki, müəlliflik hüquqları ilə bağlı cinayətlər istisna olmaqla 2024-cü ildə qəbul edilən Konvensiyada Budapeşt konvensiaysında yer alan bütün cinayətlər öz əksini tapıb.
Hörmətli deputatlar,
Nəzərə almaq lazımdır ki, informasiya-kommunikasiya texnologiyaları sahəsində sürətlə çox sayda dəyişikliklər baş verir, kiberhücum vektorları çoxalır, kibercinayətlərin törədilmə üsul və vasitələri sürətli diversifikasiyayaya uğtrayır, kriptovalyutalar və digər rəqəmsal aktivlər geniş vüsət alır və müxtəlif cinayətkar məqsədlərlə istifadə edilir. Ancaq müqavilə-hüquq qaydasında belə dəyişiklilərin Konvensiyada əks olunması mürəkkəb məsələdir. Konvensiyanın 66-cı madəsinə əsasən düzəlişlər yalnız bu hüquqi sənədin qüvvəyə minməsindən beş il sonra İştirakçı Dövlət tərəfindən irəli sürülə bilər. Həmçinin dəyişikliklər barədə Protokolun qəbul edilməsi 60 az olmayan sayda İştirakçı Dövlətin razılığını tələb edir. Bu mənada Dövlət Başçısının 28 avqust 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyanın” 6.7-ci bəndində nəzərdə tutulan informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair normativ bazanın müasir cağırışlara uyğun olaraq təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq müqavilələrin müddəaların daxili qanunvericilyə implementasiyası, milli hüquq təcrübəsinin dəmodel olaraq istifadəsini istisna etmir və bu mənada kibercinayətkarlıqla mübarizəni tənzimləyən Azərbaycan Respublikasının qanunvericiliyi digər ölkələrin üçün səmərəli hüquqi model rolunu oynaya bilər.