EN

Xarici prodüserlər Azərbaycanda film istehsalına cəlb edilir

Bakı. Trend:

Kinematoqrafiyaya dövlət himayəsinin əsas formalarıgenişləndiriləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan "Kinematoqrafiya haqqında" Qanunda dəyişiklikedilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, xarici prodüserləri AzərbaycanRespublikasının ərazisində film istehsalına cəlb etmək üçüntəşviqedici tədbirlərin həyata keçirilməsi kinematoqrafiyaya dövləthimayəsinin əsas formaları siyahısına əlavə ediləcək.

Belə ki, dəyişikliklə xarici prodüserlərin AzərbaycanRespublikasının ərazisində film istehsalına cəlb edilməsi dövlətsiyasətinin ayrıca istiqaməti kimi təsbit olunacaq. Bu, ölkəninbeynəlxalq kino bazarına inteqrasiyasına və mədəni diplomatiyanıninkişafına xidmət edəcək.

Bununla bağlı qanuna aşağıdakı yeni anlayışlar daxilediləcək:

  • film istehsalı - film çəkilişinəhazırlıq, film çəkilişi və film çəkilişinin tamamlanmasımərhələlərini özündə əhatə edən proses;
  • film çəkilişinə hazırlıq - filminideyasının yaranması, konsepsiyasının hazırlanması, ssenarisininyazılması və film çəkilişi məqsədilə digər inzibati və texnikiməsələlərin həlli ilə əlaqədar işləri əhatə edən proses;
  • film çəkilişi - filmin bilavasitəkinolentə və ya digər daşıyıcıya çəkilişini təmin edənfəaliyyətləri əhatə edən proses;
  • filmin çəkilişinin tamamlanması -çəkilmiş kadrların redaktəsini, filmin vizual, səs və rəngişləmələrini, effekt, titr və qrafik tərtibatını əhatə edənproses;
  • xarici prodüser - əcnəbi və yavətəndaşlığı olmayan şəxs və ya xarici hüquqi şəxs olanprodüser;

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraqbirinci oxunuşda qəbul edilib.

Chosen
93
4
az.trend.az

7Sources