EN

Bu filmlərin istehsal xərcləri qismən geri ödəniləcək

Bakı. Trend:

Xarici prodüserləri Azərbaycan Respublikası ərazisində filmistehsalına cəlb etmək məqsədilə filmlərin istehsalı üçün çəkilmişxərclər qismən geri ödəniləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan "Kinematoqrafiya haqqında" Qanunda dəyişiklikedilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, xarici və birgə istehsal filmlərininistehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi müvafiqicra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyənetdiyi qaydada şərtlərlə həyata keçiriləcək.

Bununla bağlı qanuna aşağıdakı yeni anlayışlar daxilediləcək:

  • xarici film - bütövlükdə xariciprodüser (prodüserlər) tərəfindən istehsal edilən film;
  • birgə istehsal filmi - yerli vəxarici prodüserlərin birgə istehsal etdikləri və milli film hesabedilməyən film;
  • xarici prodüser - əcnəbi və yavətəndaşlığı olmayan şəxs və ya xarici hüquqi şəxs olanprodüser;

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraqbirinci oxunuşda qəbul edilib.

Chosen
81
5
az.trend.az

7Sources