Milli Məclisin keçmiş deputatı, Ana Vətən Partiyasının sabiq sədri Fəzail Ağamalı Ramana qəbiristanlığında dəfn edilib.
KONKRET.az xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, ictimai-siyasi xadimlər iştirak ediblər.
***12:00
Ötən gün vəfat edən Milli Məclisin sabiq deputatı Fəzail Ağamalı ilə vida mərasimi keçirilib.
KONKRET.az xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.