EN

Nizami Səfərov: Azərbaycan qanunvericiliyi kibercinayətkarlıqla mübarizədə model ola bilər

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"BMT səviyyəsində 195 ölkənin razılığı ilə qəbul olunmuş "Kibercinayətkarlığa qarşı" Beynəlxalq Konvensiya dünyada mövcud olan ciddi hüquqi çatışmazlıqların həlli istiqamətində atılmış fundamental bir addım kimi qiymətləndirilməlidir".

Oxu.Az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Nizami Səfərov səsləndirib.

Deputat diqqətə çatdırıb ki, informasiya-kommunikasiya texnologiyaları sektoru olduqca sürətli dəyişikliklərə məruz qalır:

"Kiberhücumların istiqamətləri genişlənir, cinayətlərin icra metodları və vasitələri sürətlə şaxələnir, kriptovalyutalar və digər rəqəmsal varlıqlar geniş yayılaraq müxtəlif qeyri-qanuni məqsədlər üçün istifadə olunur. Lakin bu tip yeniliklərin Konvensiyada müqavilə-hüquq çərçivəsində təsbit edilməsi mürəkkəb prosesdir. Sənədin 66-cı maddəsinə əsasən, düzəlişlər yalnız Konvensiya qüvvəyə mindikdən beş il sonra iştirakçı dövlət tərəfindən təklif edilə bilər. Əlavə olaraq, dəyişikliklərlə bağlı protokolun təsdiqlənməsi üçün ən azı 60 iştirakçı dövlətin razılığı tələb olunur. Bu kontekstdə ölkə başçısının 28 avqust 2023-cü il tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-27-ci illər üçün Strategiyası"nın 6.7-ci bəndində nəzərdə tutulan normativ bazanın müasir çağırışlara uyğun təkmilləşdirilməsi xüsusi önəm daşıyır. Hesab edirəm ki, kibercinayətkarlıqla mübarizəni tənzimləyən Azərbaycan qanunvericiliyi digər dövlətlər üçün səmərəli hüquqi nümunə rolunu oynaya bilər".

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
oxu.az

1Sources