EN

Rusiyada ikinci aydır ki, neft hasilatı azalır

ABŞ sanksiyaları nəticəsində beynəlxalq satışlarda yaranan çətinliklər səbəbindən yanvar ayında Rusiyanın neft hasilatı ardıcıl ikinci aydır ki, azalıb.

Herbiand.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Rusiya hakimiyyəti neft və neft məhsullarının istehsalı və ixracı ilə bağlı məlumatları gizli saxlayıb, lakin Bloomberg mənbələrinə görə, Rusiya yanvar ayında orta hesabla gündə 9,28 milyon barel neft hasil edib ki, bu da dekabr ayına nisbətən 40.000 barel az və OPEC üzvü olan ölkələrlə razılaşma ilə müəyyən edilmiş istehsal limitindən 300.000 barel azdır.

Chosen
65
herbiand.az

1Sources