EN

BMT ABŞ-nin 4 milyard dollarlıq borcunu ödəməsini gözləyir

Birləşmiş Millətlər Təşkilatı (BMT) ABŞ-nin təşkilata olan təxminən 4 milyard dollarlıq borcunun nə qədərini və nə vaxt ödəyəcəyini açıqlayıb.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, BMT Baş katibinin sözçüsü Stefan Dujarrik bu barədə açıqlama verib.

Açıqlamada qeyd edilib ki, ABŞ tərəfi yaxın həftələrdə borcun bir hissəsi üzrə ilkin ödəniş etməyi planlaşdırır, lakin son məbləğ hələ müəyyən edilməyib.

BMT rəsmilərinin məlumatına görə, ABŞ BMT-nin adi büdcəsinə təxminən 2,2 milyard dollar və sülhməramlı əməliyyatlar büdcəsinə təxminən 1,8 milyard dollar töhfə verir.

İlahə Qənbərli

Missiya.Az

Chosen
20
missiya.az

1Sources