Qaradağ rayonunun Qobustan kəndində yerləşən “Şeyx Lounge” restoranını yandırmaqda şübhəli bilinən dörd nəfər polis tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cinayət işi açılıb.
Hadisə 8 fevral saat 23:00 radələrində baş verib. İki nəfər arasında mübahisə və davadan sonra iştirakçılardan biri binanı yandırıb və müştərilərin çıxmasının qarşısını almaq üçün qapını çöldən bağlayıb. Hadisə nəticəsində bir nəfər yaralanıb.