EN

“Bacarığınızı göstərin”: Prezident hökumətə pulsuz işləməyi tapşırdı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətə öz bacarığını nümayiş etdirərək müxtəlif dövlət qurumlarının informasiya sistemlərini böyük maliyyə investisiyaları olmadan inteqrasiya etmək üçün plan hazırlamağı tapşırıb. 

“Cebheinfo.az” xəbər verir ki, Prezidentin  qərarı ölkədə maraqla qarşılanıb. Qazaxıstanda belə deyirlər ki, zatən bu işi pulla hətta axmaq adamlar da görə bilərlər. Ona görə də Prezident pula qənaət etmək tapşırığını verib. 

"Əvvəllər bütün qurumlar rəqəmsallaşdırmanı heç bir nəzarət olmadan avtonom şəkildə həyata keçirirdilər ki, bu da texniki problemlərlə yanaşı, dövlət vəsaitlərinin ehtiyatsız xərclənməsinə gətirib çıxarırdı. 

Baş Prokurorluqda keçirilən görüşdə hökumət nümayəndəsi müxtəlif sistemlərin inteqrasiyası üçün lazım olan vəsaitin miqdarını açıqladı. Dərhal deyim ki, belə vəsait yoxdur və ola da bilməz", - deyə Tokayev genişləndirilmiş hökumət iclasında çıxış edərkən bildirib.

Prezident  daha əvvəl ölkədə tikintidən məsul olan məmurun sözlərindən sitat  gətirib. “Onun dediyi kimi, hətta axmaq belə pulla bir obyekt tikə bilər, amma bu işi pulsuz yerinə yetirmək bacarıqdır.  

Bacarıığınızı göstərin. Hökumət büdcədən böyük məbləğ götürmədən mənə iş planı verməlidir", - deyə Tokayev bildirib.

Prezident qeyd edib ki, vahid “QazTech” platformasına keçid baş tutmalıdır. Tokayevin sözlərinə görə, bir neçə yerə parçalanmış rəqəmsal infrastruktur pozuntulara səbəb olub və ölkənin inkişafına maneədir.

Chosen
83
cebheinfo.az

1Sources