Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Azərbaycanda 2025-ci ildə ət və balıq məhsullarının pərakəndə satışı üzrə əksər istiqamətlərdə artım qeydə alınıb.Dövlət Statistika Komitəsinin məlumatına görə, ətin pərakəndə satışı 2025-ci ildə 188.81 mln. manat təşkil edib ki, bu da 2024-cü ilin 130.49 mln. manat göstəricisi ilə müqayisədə 44.7% artım deməkdir. Ev quşları ətinin pərakəndə satışı isə 183.22 mln. manata çataraq illik müqayisədə 31.72% yüksəlib.Ət məhsullarının pərakəndə satışı (quş əti məhsulları daxil edilməklə) 272.37 mln. manat olub. Bu göstərici əvvəlki illə müqayisədə 17.23% artım göstərib.Bununla yanaşı, ət konservlərinin pərakəndə satışı azalıb. 2025-ci ildə bu seqment üzrə satış həcmi 14.65 mln. manat olub ki, bu da 2024-cü illə müqayisədə 4.18% azalma deməkdir.Balıq məhsulları üzrə artım daha kəskin olub. Balığın pərakəndə satışı 36.3 mln. manata yüksələrək illik müqayisədə 45.33% artıb. Balıq konservlərinin pərakəndə satışı isə 122.4 mln. manat təşkil edib və bu, 41.32% artım anlamına gəlir.