Moskvada Rusiya Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini general Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdində iştirak edən daha bir şəxs saxlanılıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.
Saxlanılan şəxsin əvvəllər saxlanılan Viktor Vasinin oğlu Pavel Vasin olduğu bildirilib.
Onun cinayət iştirakçılarına kömək etdiyi bildirilib.
Pavel, təkcə general Alekseyevi deyil, Müdafiə Nazirliyinin daha iki əməkdaşını da izlədiklərini etiraf edib.