EN

Hacıqabulda müasir ət kəsim məntəqəsinin açılışı oldu FOTOLAR

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Bu gün Hacıqabul rayonunda sanitariya-gigiyena normalarına və texniki tələblərə tam cavab verən müasir standartlara uyğun ət kəsim məntəqəsinin açılışı keçirilib. Demokrat.az xəbər verir ki, tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Saleh Ələskərov, başçının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Natiq Dostaliyev, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şirvan-Salyan regional bölməsinin rəisi Ruslan Əsgərov iştirak ediblər.Tədbir çərçivəsində məntəqəyə baxış keçirən tədbir iştirakçılarına görülmüş işlər, istifadə olunan texnoloji avadanlıqlar və göstəriləcək xidmətlər barədə ətraflı məlumat verilib.Bildirilib ki, yeni orta tipli məntəqənin ət kəsim gücü günlük 30 baş iri buynuzlu və 80-100 baş arası xırda buynuzlu heyvan olmaqla, əhalinin sanitariya-gigiyena tələblərinə uyğun şəraitdə ət məhsullarına çıxışını təmin etmək, qanunsuz və nəzarətsiz kəsim hallarının qarşısını almaq məqsədilə inşa olunub. Müasir avadanlıqlarla təchiz olunan məntəqədə həm heyvanların sağlamlıq vəziyyətinin yoxlanılması, həm də kəsim prosesinin texnoloji qaydalara uyğun aparılması üçün bütün zəruri şərait yaradılıb.Məntəqənin vəziyyəti ilə tanışlıqdan sonra rəsmilər sahibkarlar və rayon ictimaiyyətinin nümayəndələri ilə söhbət apararaq onların fikirlərini, təklif və tövsiyələrini dinləyiblər.Tədbirin sonunda sakinlər, o cümlədən sahibkarlar yaradılan şəraitə, göstərilən diqqətə və əhalinin sağlamlığının qorunmasına yönəlmiş bu təşəbbüsə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
26
demokrat.az

1Sources