EN

“Ölənə qədər var dövlət, yoxsa öləndən sonra rəhmət?

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

Fəzail Ağamalının ölümü fonunda olan söz-söhbətlər, əlbəttə, özlüyündə həm də təəssüf doğurur.

Ömrün 78-ci ilində dünyadan köçəsən, bu ömrün 50 ilini siyasətə həsr edəsən, ancaq torpağa tapşırılmamış arxanca nifrət dolu sözlər gəlsin.

Sözsüz, burada cəmiyyəti günahkar, emosiyasız hesab etmək olmaz.

Bu, nə birinci hadisədir, nə də sonuncu olacaq. Azərbaycanda bir çox siyasətçini eyni aqibət gözləyir.

Əslində, məsələ heç də mövqe məsələsi deyil. Minlərlə tanınmış insanlar  var ki, heç onların da hansısa mübariz mövqeyi olmayıb. Amma arxasınca bu cür “su” atılmır.

Fəzail Ağamalının müsibətini belə edən siyasi mövqeyi yox, cəmiyyətə yönəlik açıqlamaları idi hətta.

Ömrünün sonuna yaxın baş verən ailə-məişət hadisələri isə ona qarşı olan nifrət mövqeyinini daha da möhkəmlətdi.

İnsanlar bu hadisəyə bir ailə məsələsi yox, məmur bir atanın övladları arasında fərq qoymağı, ümumən ailənin hakimiyyət davası kimi baxdılar. Daha burada kim haqlıdır, kim haqsızdır, maraqlı deyildi.

Maraqlı olan o idi ki, uzun illər deputat olan bir adamın klassik formada övladlarını yerbəyer edirdi.

Şübhəsiz, bütün bunların xalqın diqqətindən və nifrətindən qaça bilməzdi.

Bu cü məsələlərdə vəziyyət o qədər acınacaqlıdır ki, artıq o insanların ölümü həm də lağ-lağıya çevrilir. Yaxşı xatirimdədir, pandemiya olan zamanlar ölkədə bir neçə tanınan, təxminən Fəzail Ağamalı kimi adamlar dünyasını dəyişdi. Təsəvvür edin, insan ölümünə verilən reaksiya bu idi:

“Filan adamı öldürdüyü üçün virusa təşəkkür edirik”.

Əlbəttə, ola bilər ki, bu cür reaksiyalar doğru olmasın. Ancaq bunun bir təbii, səmimi tərəfi də var, ya yox?

Bəlkə, xüsusilə məmurlar elə məhz bu hadisəyə baxmalı və nəticə çıxartmalıdır?

Sual belə olmalıdır:

“Ölənə qədər var-dövlət, yoxsa öləndən sonra rəhmət?”

Orxan

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
25
icma.az

1Sources