EN

Vyana balının Bakı nümayəndəsi: Bu qəbildən tədbirlərin keçirilməsi ölkələr arasında diplomatik və mədəni körpüləri möhkəmləndirir

Bakı, 10 fevral, G. Alıyeva, foto S. Məcnun, AZƏRTAC

Bakıda keçirilən Vyana xeyriyyə balı adi sosial tədbirdən daha çox, ənənələri, diplomatik dialoqu və xeyriyyəçiliyi birləşdirən əhəmiyyətli humanitar və mədəni platformaya çevrilir. Vyana ballarının əsrlər boyu davam edən tarixinə əsaslanan layihə, eyni zamanda, əməkdaşlıq və qarşılıqlı anlaşma üçün bir məkan yaratmaqla yanaşı, bizə klassik mədəniyyətin dəyərini xatırlatmağı hədəfləyir.

Bu fikri AZƏRTAC-ın müxbirinə verdiyi müsahibədə Vyana xeyriyyə balının həmtəşkilatçısı və Bakıdakı rəsmi nümayəndəsi Lidiya Əliyeva-Şestak bildirib.

Müsahibimizin qeyd etdiyi kimi, balın keçirilməsi ilk növbədə ölkələr arasında diplomatik və mədəni körpülərin möhkəmləndirilməsinə töhfə verir. Bu, həmçinin 19-cu əsrdə yaranan və Avropa mədəni irsinin bir hissəsi olan Vyana balları ənənəsini Bakıda təqdim etmək üçün bir fürsətdir.

Həmsöhbətimiz qeyd etdiyi kimi, balın keçirilməsi, ilk növbədə, ölkələr arasında diplomatik və mədəni körpülərin möhkəmlənməsinə kömək edir. Bu, həmçinin XIX əsrdə başlayan və Avropa mədəni irsinin bir hissəsi olan Vyana balı ənənəsini Bakıda təqdim etmək üçün bir fürsətdir.

“Oxşar ballar Bakıda əvvəllər də keçirilirdi, lakin sonra ənənə təxminən on il kəsildi. Biz onu yenidən canlandırdıq və səmimi-qəlbdən ümid edirik ki, bu layihə uzunmüddətli olacaq, ildən-ilə inkişaf edəcək”, - deyə o qeyd edib.

Rəsmi nümayəndə tədbirin beynəlxalq xarakter daşıdığını əlavə edib: “Müxtəlif ölkələrdən iş adamları və qonaqlar Bakıya gəlirlər. Bu, təkcə mədəni tədbir deyil, həm də peşəkar şəbəkələşmə, netvorkinq və işgüzar əlaqələr qurmaq üçün bir platformadır. Şübhəsiz ki, bu, həm də Azərbaycan üçün əlavə imkanlar açır”.

Lidiya Əliyeva-Şestakın sözlərinə görə, balın əsas məqsədi xeyriyyəçilik missiyasıdır. O qeyd edib ki, uşaqların iştirakı, sosial təşəbbüslərə dəstək və mədəni mübadilə tədbirə xüsusi dəyər verən və onu həqiqətən vacib məzmunla zənginləşdirən birləşdirici qüvvəyə çevrilir.

Chosen
129
1
azertag.az

2Sources