ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Sabunçu-Zabrat yolunda yaranan çuxur sürücülər üçün təhlükəli vəziyyət yaradıb.Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə videogörüntü paylaşılıb.Sürücü bildirib ki, yolda yaranan çuxura düşdüyü üçün idarə etdiyi avtomobilin diski sıradan çıxıb."Biz çuxuru bacardığımız qədər doldurmuşuq, amma bu yolda ehtiyatlı olun", - deyə sürücü bildirib.Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, problemlə bağlı müvafiq tapşırıq verilib."Əraziyə baxış keçirilməsi və problemin aradan qaldırılması ilə bağlı müvafiq tapşırıq verilib. Qısa zamanda problem həll ediləcək", - deyə A.Nəcəfli vurğulayıb.
Oxunub 6
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.