EN

Qurban Qurbanov Nərimanın ABŞ-yə transferindən danışdı

Azərbaycan Premyer Liqasının 19-cu turunun “Şamaxı” - “Qarabağ” (1:2) matçından somra qonaqların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

Publika.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

- Azarkeşlərimizə təşəkkür edirəm. İki oyundur hava şəraitinə baxmayaraq komandanı tək buraxmırlar. Futbolçularımı təbrik edirəm. Çox vacib üç xal idi. Oyunda xarakter və mübarizə çox vacib idi. İlk hissədə "Şamaxı" bizdən daha aqressiv təsir bağışladı. Bizdə aqressiya çatışmırdı. İkinci hissədə futbolçularım oyuna nəzarəti ələ ala bildilər. Meydançanın şəraitinə baxmayaraq bunu bacardıq. Son saniyələrdə topa nəzarət olunaraq qol vuruldu. Yaxşı oyuna görə rəqibi də təbrik edirəm. Qarşıdakı oyunlara hazırlaşacağıq.

- Sizcə, Nəriman Axundzadənin transferi sağlam ayrılıqdır?

- Danışıqlar ciddi gedir. Sona yaxınlaşırıq. Qərar tam verilməyib. Bu gün də oyundan sonra bir futbolçu yaxınlaşıb deyir ki, mənə yaxşı təklif var. Getməyimi istəyirsiz, yoxsa qalmağımı? Bir az sakitləşməyə çalışırıq. Yenə belə xəbərlər gəlir. Xoşagəlməz deməzdim, futbolçunu da başa düşmək lazımdır. Sadəcə təkliflər elə yerlərdən gəlir ki, yalnız pula görə oraya getmək olar. Bunlara yox da demək olmur. Çalışırıq ki, onları oyunlara yaxşı hazırlayaq.

Chosen
57
publika.az

1Sources