Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.
İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel DÇ-2026-dan sonra Premyer Liqa təmsilçisinin "sükanı arxası"na keçə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "TEAMtalk" yayıb.
Məlumata görə, alman mütəxəssisin xidmətində "Nyukasl Yunayted" maraqlıdır. Mənbə cari mövsüm qeyri-sabit çıxışla diqqət çəkən "sağsağanlar"ın indiki çalışdırıcı Eddi Haunu postunda saxlamaq niyyətində olmadıqlarını diqqətə çatdırıb.
Tuxelin İngiltərə millisi ilə müqaviləsinin müddəti DÇ-2026-nın sonuna qədər nəzərdə tutulub. 52 yaşlı mütəxəssis 2 dəfə PSJ ilə Liqa 1-in, "Çelsi" ilə Çempionlar Liqasının, "Bayern Münhen"lə Almaniya Bundesliqasının qalibi olub.
Xatırladaq ki, "Nyukasl" ÇL-in pley-off mərhələsində Azərbaycan çempionu "Qarabağ"la qarşılaşacaq. "Ağ-qaralar" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 12-ci pillədə mövqe tutublar.
Nihat
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.