EN

Saakaşvili günahsız olduğunu bildirib

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili məhkəmə iclasında hökuməti devirmək çağırışlarında günahsız olduğunu bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstan İctimai Yayımçısının Birinci Kanalı məlumat verib.

"Cəzamın müddətinə üç il əlavə edirlər. Mən pedofillərdən və seriyalı qatillərdən daha çox, cəmi 16 il alacağam. Uşaqlarımı heç vaxt görə bilməyəcəyəm, təmiz havada gəzə bilməyəcəyəm", - Saakaşvili hakimin ittiham olunduğu cinayətdə özünü günahkar hesab edib-etməməsi ilə bağlı sualına cavab olaraq deyib.

Hökuməti devirmək çağırışında ittiham olunan Saakaşvili və digər müxalifət liderlərinin iştirak etdiyi məhkəmə iclasında keçmiş prezidentlə hakim arasında şifahi mübahisə yaranıb. Hakim Valerian Buqianişvili Saakaşvilidən müttəhimlər kürsüsündə oturmasını istəyib, lakin o, hakimin ona oturub-durmamağı demək hüququ olmadığını bildirərək imtina edib. Açılış çıxışından sonra Saakaşvili geri çəkilib məhkəmə zalını tərk edib.

Chosen
45
ucnoqta.az

1Sources