EN

Rusiya klubunun futbolçusu “Turan Tovuz”da – RƏSMİ 

Moskva “Lokomotiv”inə məxsus olan müdafiəçi Mark Rene Mampassi icarə əsasında mövsümün sonunadək “Turan Tovuz”un şərəfini qoruyacaq.

İdmanxeber.az-ın məlumatına görə, Donetsk “Şaxtyor”unun yetirməsi olan 22 yaşlı futbolçu karyerası ərzində Ukraynada “Mariupol, Türkiyədə “Antalyaspor”, Belçikada isə “Kortriyk”in formasını geyinib.

Ukrayna Premyer Liqasında “Mariupol”un heyətində 21 oyunda meydana çıxan futbolçu, Belçika yüksək liqasında 35, Rusiya Premyer Liqasında isə 18 oyunda meydanda olub.

Karyerası ərzində ümumilikdə 87 oyun keçirən mərkəz müdafiəçisinin aktivində 1 qol və 3 məhsuldar ötürmə var.

Chosen
83
16
idmanxeber.az

10Sources