ain.az, Apa.az saytına istinadən bildirir.
Bu gün vitse-prezident Ceyms Devid Vens və Prezident İlham Əliyev Bakıda görüşərək 8 avqust tarixli tarixi Ağ Ev Sülh Sammitinin icrasını müzakirə edib, regionda sülh, təhlükəsizlik və rifah naminə ortaq öhdəliklərini bir daha təsdiqləyiblər.
APA xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin açıqlamasında deyilir.
“Görüş çərçivəsində liderlər ABŞ–Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasını imzalayıblar. Bu sənəd iki ölkə arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edəcək. Birləşmiş Ştatlar Cənubi Qafqaz regionunun böyük potensialının reallaşdırılması istiqamətində Azərbaycanla sıx əməkdaşlığı davam etdirməyə sadiqdir”, - səfirlikdən bildirilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.