EN

“Azərbaycanla münasibətlərin inkişafı xüsusi əhəmiyyət kəsb edir” İran səfiri

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakıda İran İslam Respublikasının Milli Günü və İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib.

525.az xəbər verir ki, səfir İran Müctəba Dəmirçilu deyib ki, İran İslam Respublikası qurulduğu ilk gündən öz siyasi xəttini müstəqillik, azadlıq, ədalət və hegemonluğun rədd edilməsi prinsipləri üzərində bərqərar edib. Bu yol boyunca ölkə müxtəlif çətinliklər və sınaqlarla, o cümlədən siyasi təzyiqlər, hərbi təhdidlər, eləcə də qida və dərman vasitələrini belə əhatə edən hərtərəfli iqtisadi sanksiyalarla üzləşib. 2025-ci ilin iyun ayında baş vermiş on iki günlük müharibə zamanı sionist rejimin və ABŞ-ın hərbi təcavüzü, habelə son həftələrdə bu prosesin yeni formalarda davam etdirilməsi qeyd olunan maneələrin bariz nümunəsidir. Qanuni və dinc etirazların məqsədli şəkildə iğtişaşlara və terror aktlarına yönəldilməsi, silahsız polis əməkdaşlarına və mülki şəxslərə qarşı hücumların təşkili, eləcə də son günlərdə müşahidə edilən hərbi müdaxilə üçün bəhanə yaradılması üzərində qurulan “hibrid müharibə” təkcə İranı deyil, bütövlükdə regionun sülh və təhlükəsizliyini təhdid edir. Şübhəsiz ki, İran İslam Respublikası xalqın dəstəyinə arxalanaraq bu təhdidlərin qarşısını alacaq və mövcud şəraitdən də uğurla çıxacaqdır.

O bildirib ki, İran İslam Respublikası öz suverenliyinin və milli təhlükəsizliyinin müdafiəsində qətiyyətli olduğu kimi, İran xalqının maraqlarının təmin edilməsi, eləcə də regional sülh və təhlükəsizliyin qorunması naminə diplomatiyaya sadiqliyini nümayiş etdirir. Diplomatiyanın əsasını milli suverenliyə hörmət və qarşılıqlı maraqlar təşkil edir; bu baxımdan təhdid, zorakılıq və birtərəfli, qeyri-qanuni imtiyaz tələblərinə əsaslanan danışıqların səmərəli nəticə verməsi mümkün deyildir.

Səfir deyib ki, İran İslam Respublikası balanslaşdırılmış xarici siyasət kursuna əsaslanaraq qonşu ölkələrlə əlaqələrin möhkəmləndirilməsinə, yeni yaranan güclərlə əməkdaşlığın genişləndirilməsinə və mühüm regional və beynəlxalq təşkilatlarda fəal iştiraka xüsusi önəm verir. İran regionda və beynəlxalq müstəvidə məsuliyyətli, müstəqil və nüfuzlu bir aktor kimi daim sülhün, sabitliyin və dayanıqlı inkişafın təmin olunması üçün dialoqu, çoxtərəfliliyi və əməkdaşlığı dəstəkləmiş, bütün dövlətlərlə qarşılıqlı hörmət və maraqlara əsaslanan dostluq münasibətlərinin inkişafına çalışmışdır.

Bu kontekstdə dost, qardaş və qonşu Azərbaycan Respublikası ilə münasibətlərin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Bu əlaqələr ortaq tarixi, mədəni, dini və dil yaxınlığına, eləcə də qohumluq bağlarına söykənir və qarşılıqlı maraqlar əsasında formalaşır.

Bu günlər İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının müstəqilliyinin tanınmasının və iki ölkə arasında rəsmi diplomatik münasibətlərin qurulmasının 34-cü ildönümünə təsadüf edir. İran İslam Respublikası 1991-ci ilin dekabrında Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuş, 1992-ci ilin martında isə Bakıda İran səfirliyinin fəaliyyətə başlaması ilə ikitərəfli münasibətlərin inkişafı üçün möhkəm institusional əsas yaradılıb.

Ötən 34 il ərzində İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqilliyinin sarsılmazlığı, milli suverenliyinin möhkəmləndirilməsi və ərazi bütövlüyünün bərpası yolunda prinsipial və dəyişməz mövqe nümayiş etdirib, hər zaman Azərbaycan dövləti və xalqı ilə həmrəylik nümayiş etdirib. 

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
68
525.az

1Sources