EN

Karvaxal Real dan gedir?

Qol.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Karvaxal "Real"dan gedir?

"Real" klubu canlı əfsanəsi Dani Karvaxalla yollarını ayırmağa hazırlaşır.

QOL.az "Marca"ya istinadən xəbər verir ki, tərəflər ispaniyalı müdafiəçinin mövsümün sonunda komandanı tərk etməsi barədə razılığa gəliblər.

Məlumata görə, klub rəhbərliyi futbolçunun hazırkı formasından narazıdır və ona yeni müqavilə təklif etməyə isti yanaşmır. Karvaxal özü də az oynamaqdan şikayətlənir və daha çox meydana çıxmaq istəyir.

Xatırladaq ki, 2013-cü ildə "Bayer"dən 6.5 milyon avroya transfer olunan futbolçu "kral klubu"nda 438 oyun keçirib, 14 qol və 65 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, təcrübəli oyunçu cari mövsümdə cəmi 10 matçda şans qazanıb və məhsuldarlıq göstərməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
1
qol.az

2Sources