EN

Premyer Liqa: “Neftçi” “Qəbələ”ni məğlub etdi

BAKI, 10 fevral. TELEQRAF

Azərbaycan Premyer Liqasının XIX turunda “Neftçi” və “Qəbələ” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, “Palms Sport Arena”da keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

FIFA referisi Əliyar Ağayevin idarə etdiyi oyunda yeganə qolu 12-ci dəqiqədə Emin Mahmudov vurub.

Bu nəticədən sonra Yuri Vernidubun rəhbərlik etdiyi “ağ-qaralar” 27 xalla turnir cədvəlinin 6-cı pilləsinə yüksəlib. Kaxaber Tsxadadzenin komandası isə 14 xalla 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, günün digər matçında “Qarabağ” səfərdə “Şamaxı”nı 2:1 hesabı ilə məğlub edib. Turun əvvəlki görüşlərində “Sabah” evdə “Araz-Naxçıvan”a 4:1, “Turan Tovuz” “Karvan-Yevlax”a 1:0, “Zirə” isə səfərdə “Sumqayıt”a 3:2 hesabı ilə qalib gəlib. “İmişli” – “Kəpəz” matçı isə heç-heçə ilə başa çatıb.

Chosen
77
teleqraf.com

1Sources