Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Karyeramın ən ağır mövsümü ilə üz-üzəyəm"
"Liverpul" klubunun baş məşqçisi Arne Slot komandanın cari mövsümdəki performansı barədə açıqlamalar verib.
QOL.az "BBC"yə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis karyerasının ən çətin dövrünü yaşadığını bildirib:
"Etiraf etməliyəm ki, bu, məşqçilik karyeramın ən ağır mövsümüdür. Əvvəlki illərdə işlərim həmişə müsbət gedib, ardıcıl iki oyun uduzduğumu xatırlamıram. Bu mövsüm həm mənim, həm də oyunçular üçün bir istisnadır. Biz tez-tez məğlub olmağa və ya heç-heçə etməyə öyrəşməmişik".
Mütəxəssis komandanın fiziki durumunun yaxşılaşdığını da vurğulayıb:
"Mövsümün əvvəlində, oyunlar həftədə iki dəfə keçirilməyə başlayanda çox xal itirdik. Amma indi görürəm ki, zədəlilər istisna olmaqla, bütün futbolçular Premyer Liqanın tələb etdiyi yüksək templə hər 3 gündən bir oynamağa hazırdırlar".
Xatırladaq ki, 25 turdan sonra hesabında 39 xal olan "Liverpul" turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.