ain.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
"Desələr oynayın, oynayacağıq" - Yuri Vernidub
"Neftçi" Misli Premyer Liqasının 19-cu turu çərçivəsində "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəlib.
QOL.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb.
Ukraynalı mütəxəssis komandasının ilk hissədəki oyunundan razı qaldığını, lakin fasilədən sonra psixoloji amillərə görə müdafiəyə çəkildiklərini bildirib. O, əsas hədəfin 3 xal olduğunu vurğulayıb:
"Daha yaxşı oyun gözləyirdik. Oyunçularıma dedim ki, bizə bu gün qələbə lazımdır. Onlar da buna nail oldular. Oyun yaddan çıxır, hesab isə yadda qalır".
Vernidub "Qarabağ"la oyunun təxirə salınmasından narazı olması barədə yayılan xəbərlərə sərt reaksiya verib:
"Hansı mediada yazılıb? Desələr oynayın, oynayacağıq. Desələr oynamayın, oynamayacağıq".
Baş məşqçi çempionatdakı rəqabətə və qarşıdakı oyunlara motivasiyasına da toxunub:
"Azərbaycan çempionatında 11 rəqibimiz var. Onların kimliyi fərq etməz: "Qarabağ", "Zirə" və ya "Kəpəz". İstəyirəm ki, qələbə qazanaq".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.