"Biz Azərbaycana bəzi məsələlərdə, o cümlədən su təchizatı baxımından imkanlar yaradacağıq".
O bildirib ki, artıq TRIPP layihəsi də həyata keçirilir və bu, Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq və təbii ehtiyatlar daha rahat şəkildə ixrac oluna biləcək. Onun sözlərinə görə, bu, Ermənistanla Azərbaycan arasında sülh sazişinin dayanıqlığına təkan verəcək.