EN

"Neftçi" Premyer Liqada ardıcıl ikinci qələbəsini qazandı

Misli Premyer Liqasının XIX turunda "Qəbələ"ni qəbul edən "Neftçi" qələbə qazanıb.

Publika.az xəbər verir ki, "Palms Sports Arena"da baş tutan matç "ağ-qaralar"ın 1:0 hesablı qələbəsi ilə bitib.

Qolu 12-ci dəqiqədə Emin Mahmudov vurub. Meydan sahibləri oyunu 10 nəfərlə başa vurub. 90+1-ci dəqiqədə Elvin Bədəlov ikinci sarı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.

Bu, baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında Bakı klubunun Premyer Liqada cari mövsüm ardıcıl ikinci qələbəsidir. Komanda ötən tur "Araz-Naxçıvan" kollektivini səfərdə 4:1 hesabı ilə məğlub etmişdi.

Chosen
40
8
publika.az

10Sources