EN

İçəridə müştərilərin olduğu obyektin qapısını bağlayıb yandırdılar - Hadisənin DETALLARIVİDEO

İçərisi müştəri dolu obyekti yandırıb, qapısını bağladılar.

Xezerxeber.az xəbər verir ki, hadisə Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən "Şeyx Lounge" restoranında baş verib. Axşam saatlarında restorana gələn bir neçə nəfər arasında mübahisə yaranıb, daha sonra həmin şəxslərdən biri əvvəlcədən obyektə gətirdiyi benzinlə oranı yandırıb.

Restoranın sahibi Şamil Abbasov “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, obyektdə yanğın törədənlər elə qəsəbədə yaşayanlar olublar və onunla şəxsi zəmində heç bir mübahisələri olmayıb.

Şamil Abbasov onu da bildirdi ki, obyektdə törədilən yanğın nəticəsində ona təxminən 120 min manatadək ziyan dəyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
18
xezerxeber.az

1Sources