EN

Gündəmi silkələyən iddia: Nazir Epşteynlə görüşdüyünü təsdiqlədi

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ-ın ticarət naziri Hovard Lutnik maliyyəçi Cefri Epşteynə məxsus şəxsi adaya səfər etdiyini təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, Senatın Təxsisatlar Komitəsində keçirilən dinləmələr zamanı Epşteynlə əlaqələri ilə bağlı suallara cavab verərkən bildirib.

Nazirin sözlərinə görə, səfər 2012-ci ildə ailəvi tətil çərçivəsində baş tutub. Lutnik qeyd edib ki, o, həyat yoldaşı, dörd övladı və dayələri ilə birlikdə adada olub və səfər başqa bir ailə ilə bir saatlıq naharla məhdudlaşıb. Onun iddiasına əsasən, həmin vaxt hər hansı xoşagəlməz hadisə baş verməyib.

Lutnik Epşteynlə yaxın münasibətlərinin olmadığını, son 14 il ərzində onunla cəmi üç dəfə şəxsən görüşdüyünü də vurğulayıb. Bununla belə, bu açıqlama nazirin daha əvvəl Epşteynlə bütün əlaqələrini 2005-ci ildə kəsdiyinə dair səsləndirdiyi bəyanatlarla ziddiyyət təşkil edir.

Mövcud uyğunsuzluq ABŞ Konqresində hər iki əsas partiyanın bəzi üzvlərinin tənqidinə səbəb olub. Bir sıra qanunvericilər Lutniki ictimaiyyəti çaşdırmaqda ittiham edərək onun vəzifədən istefasını tələb ediblər.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
80
globalinfo.az

1Sources