
Gürcüstanda dövlət əleyhinə cinayətlərdə ittiham olunan sabiq prezident Mixeil Saakaşvili və daha 7 müxalifət liderinin işi mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.
Missiya.Az "APA"ya istinadən xəbər verir ki, bu barədə qərarı Tbilisi Şəhər Məhkəməsi qəbul edib.
Hakim Valerian Buqianişvili ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübutların etibarlılığını tanıyıb.
Növbəti məhkəmə iclası fevralın 23-nə təyin olunub.