EN

ABŞ klubunun rəsmisi: "Nəriman Axundzadənin komandamızda inkişaf etməsini səbirsizliklə gözləyirik"

ABŞ-nin "Kolumbus Kru" komandası Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin inkişafını səbirsizliklə gözləyir.

Moderator.az xəbər verir ki, bu sözləri adıçəkilən klubun baş meneceri İssa Toll deyib.

O, "Qarabağ"dan "Kolumbus Kru" kollektivinə keçən Nəriman Axundzadənin transferi ilə bağlı danışıb:

"Nəriman klubumuza fərqli bacarıqlar gətirəcək və bu, komandamıza əlavə bir ölçü qatacaq. Onun texniki keyfiyyətləri və yüksək iş əzmi oyun üslubumuzla çox yaxşı uyğunlaşır.

Gənc yaşına baxmayaraq, Nəriman artıq həm ölkə daxilində, həm Avropa səviyyəsində, həm də milli komandada təcrübə qazanıb. Onu Kolambusda qarşılamaqdan məmnunuq və klubumuzda necə inkişaf edəcəyini səbirsizliklə gözləyirik".

Qeyd edək ki, Nəriman Axundzadə "Kolumbus Kru" klubu ilə 2029-cu ilin iyununa qədər müqavilə imzalayıb.

Chosen
41
3
moderator.az

4Sources