EN

Nəriman Axundzadənin ABŞ klubuna transferi rəsmiləşdi

Bakı. Trend:

"Qarabağ" klubu ilə ABŞ təmsilçisi "Kolumbus Kru” arasındaaparılan danışıqlar yekunlaşıb.

Trend xəbər verir ki, bubarədə Ağdam təmsilçisi məlumat yayıb. Beləliklə, NərimanAxundzadənin MLS klubuna keçidi barədə razılıq əldə olunub. 21yaşlı futbolçu ilə 2029-cu ilin iyununa qədər müqaviləimzalanıb.

Xatırladaq ki, "Qarabağ"ın yetirməsi olan Nəriman Premyer Liqada84 oyunda 24 qol vurub. O, komandanın heyətində 3 dəfə ölkəçempionu, 1 dəfə kubokun qalibi olub.

Qeyd edək ki, Azərbaycanın U-19 və U-21 yığmalarında da oynamışNəriman əsas millinin heyətində 13 matç keçirib.

Chosen
15
1
az.trend.az

8Sources