EN

Vəhşi fil 70 yaşlı qadını öldürdü

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Hindistanda vəhşi fil 70 yaşlı qadını öldürüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Karnataka ştatında, Bandipur qoruğunun ərazisindəki Matakere kəndində baş verib.

Maata adlı qadın bayıra çıxarkən vəhşi filin hücumuna məruz qalıb. Qarı yerindəcə həlak olub.

Meşə təsərrüfatı departamenti mərhumun ailəsinə 2 milyon rupi (təxmini 37 min 500 manat) kompensasiya ödəyib. Yerli sakinlər departamentdən qatil filin zərərsizləşdirilməsini tələb ediblər.

Qeyd edək ki, son vaxtlar ərazidə vəhşi fillərin aqressiv hərəkətləri müşahidə olunmaqdadır. 

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
42
525.az

1Sources