EN

Fici sahillərində güclü zəlzələ baş verdi

Bakı. Trend:

Fici sahillərində 6,2 maqnitudalı zəlzələ olub.

Trend xəbər verir ki, bubarədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.

Zəlzələnin episentri ada respublikasının paytaxtı, təxminən 77000 insanın yaşadığı Suvadan 467 km cənub-şərqdə, ocağı 511 kmdərinlikdə yerləşib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.

Chosen
49
az.trend.az

1Sources