EN

Kolumbiya Prezidentinə sui-qəsd cəhdi

Kolumbiya Prezidenti Qustavo Petro helikopterlə Kordova departamentinə uçarkən sui-qəsddən xilas olduğunu bəyan edib.

Publika.az xəbər vrir ki, bu barədə "El Tiempo" qəzeti məlumat yayıb.

Kolumbiya liderinin sözlərinə görə, ona qarşı hücum helikopterinin Karib sahillərinə enişi zamanı planlaşdırılıbmış.

"Etiraf etməliyəm ki, o vaxt canımı sui-qəsddən qurtarırdım, buna görə də dünən gələ bilmədim. Lazım olan yerdə eniş edə bilmədim. Hətta eniş işıqlarını belə yandırmamışdılar", - deyə o bildirib.

Fevralın əvvəlində Kolumbiya və ABŞ prezidentləri Qustavo Petro və Donald Trampın Ağ Evdəki görüşdən sonra tamamilə barışdıqları barədə məlumat yayılmışdı. Oval kabinetdən çıxdıqdan bir neçə saat sonra verdiyi müsahibədə Kolumbiya lideri görüşü 10 baldan 9 balla qiymətləndirmişdi.

Chosen
49
publika.az

1Sources