Çexiyanın "ŠKODA Group" şirkəti "Bakı Metropoliteni" QSC-yə istehsal etdiyi vaqonları satmaq niyyətindədir.
Bizim.Media xəbər verir ki, bu barədə"Bakı Metropoliteni" məlumat yayıb.
Bildirilib ki, bu barədə Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vüsal Aslanov ilə Çexiyanın aparıcı relsli nəqliyyat istehsalçılarından biri "ŠKODA Group"un Müşahidə Şurasının sədri və baş icraçı direktoru Petr Novotnının rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə müzakirələr aparılıb.
Görüşdə Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçek də iştirak edib.
Bildirilib ki, müzakirÉ™lÉ™r zamanı 2025–2030-cu illÉ™ri É™hatÉ™ edÉ™n DövlÉ™t Proqramı çərçivÉ™sindÉ™ nÉ™zÉ™rdÉ™ tutulan layihÉ™lÉ™r, hÉ™mçinin aÅŸağı istismar xÉ™rclÉ™ri ilÉ™ seçilÉ™n 300-dÉ™k yeni vaqonun alınması mÉ™sÉ™lÉ™lÉ™ri diqqÉ™t mÉ™rkÉ™zindÉ™ olub.
P. Novotnı "ŠKODA Group"un müxtəlif ölkələrdə reallaşdırdığı iri infrastruktur layihələri, tətbiq etdiyi qabaqcıl texnoloji həllər və toplanmış əməliyyat təcrübəsi barədə məlumat verərək, bu imkanların Bakı Metropoliteni ilə mümkün gələcək əməkdaşlıq çərçivəsində paylaşılmasına maraqlı olduqlarını bildirib.



Bizim.Media