EN

ABŞ Venesuelanın neft-qaz sektoruna texnologiya ixracına icazə verdi

BAKI, 11 fevral. TELEQRAF

ABŞ Maliyyə Nazirliyi Venesuelaya neft və qaz hasilatı ilə bağlı texnologiya və məhsulların tədarükünə icazə verən ümumi lisenziya təqdim edib.

Teleqraf xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) bununla bağlı müvafiq sənəd yayıb.

Lisenziyaya əsasən, Venesuelaya enerji daşıyıcılarının kəşfiyyatı, işlənməsi və hasilatı üçün nəzərdə tutulan malların, texnologiyaların, proqram təminatının və xidmətlərin çatdırılması ilə bağlı əməliyyatlara ABŞ-də icazə verilir.

Qeyd edək ki, sözügedən lisenziya Venesuelanın neft-qaz sektorunda fəaliyyətlə bağlı müəyyən məhdudiyyətlərin yumşaldılmasını nəzərdə tutur.

Chosen
7
1
teleqraf.com

2Sources