EN

Samoa sahillərində 5,7 maqnitudada zəlzələ baş verib

Samoanın Savayi adasının cənub-qərb sahillərində 5,7 bal maqnitudada zəlzələ qeydə alınıb.

"Far.Az"un xəbərinə görə, bu barədə Avstraliyanın Dövlət Geologiya Xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri adadan 85 kilometr cənub-qərbdə, 43 mindən çox insanın yaşadığı ərazidə, ocağı 72 kilometr dərinlikdə yerləşib.

İtki və ya dağıntı barədə məlumat verilmir, sunami təhlükəsi barədə elan olunmayıb.

Chosen
91
19
far.az

10Sources