EN

"Tottenhem" üçün kabus davam edir -18 illik antirekord

"Tottenhem" Premyer Liqanın 26-cı turunda evdə "Nyukasl"la oyunda (1:2) məğlubiyyətlə üzləşib. 

Fanat.Az xəbər verir  ki, "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsinda rəqibi olan "sağsağanlar" qələbəni Malik Tiava və Ceykob Remzinin qolları sayəsində qazanıblar.

 "Tottenhem"dən isə Arçi Qrey fərqlənib. 

"Opta"-nın hesablamasına görə, Tomas Frankın komandası artıq İngiltərə Premyer Liqasında səkkiz oyundur ki, qələbə qazana bilmir. Bu, "Tottenhem"in son 18 ildəki ən uzun qələbəsizlik seriyasıdır. 2008-ci ildə londonlular Juande Ramosun rəhbərliyi altında doqquz oyun qələbə qazana bilməyiblər. 

"Tottenhem" 26 oyundan sonra 29 xalla liqa turnir cədvəlində 16-cı yerdədir. Tomas Frankın tezliklə komandanın baş məşqçisi postumdan kənarlaşdırılacağı gözlənilir.

Chosen
31
1
fanat.az

2Sources