"Əgər sülh mühiti yaxşılaşmasaydı, Vaqif Xaçaturyan geri qayıtmazdı".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Qarabağın hərbi-siyasi rəhbərliyinin hökmləri mənim üçün çox ağrılı və çətindir, amma başa düşməliyik ki, münaqişənin ətaləti var və onu tək bir vasitə ilə dayandırmaq olmaz. Sülh problemi həll etməyin mümkün olduğu mühitdir.
Emosiyalarımızı başa düşürəm, bilirəm ki, bir çox hallarda cavab vermədiyimiz üçün tənqid olunuruq. Amma sülh gündəliyinə diqqət yetirsək konkret nümunələr bizi uğura gətirib çıxaracağı qənaətinə gətirir", - Paşinyan bildirib.
Ağarza Elçinoğlu