Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə yeni təyinat olub.Metbuat.az xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədrinin müvafiq əmri ilə Səbuhi Qurbanova Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən həmin kollecin direktoru vəzifəsinin icrası həvalə olunub. Qeyd edək ki, S.Qurbanov ötən il həmin kollecin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdi.2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.